Azərbaycan təmsilçisi “Eurovision-2017”nin ilk yarımfinalında çıxış edəcək

  • By admin
  • 01 Fevral 2017 09:32

kiyev

Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinallarının püşkatma mərasimi keçirilib.

Gununsesi.info xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 iştirakçının çıxış edəcəyi planlaşdırılır.

Azərbaycan müsabiqənin ilk yarımfinalında Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya və Avstraliya ilə birgə çıxış edəcək.

Xatırladaq ki, “Eurovision-2017″ mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.

Azərbaycanı “Eurovision-2017”də Diana Hacıyeva təmsil edəcək.

Gununsesi.info