“Azərbaycan tərəfindən hər hansı bir pozuntu yoxdur” - Ərdoğan

  • By admin
  • 31 Mart 2022 15:48

Azərbaycan üçtərəfli bəyanatın müddəalarına tam əməl edir. Ona görə də Azərbaycan tərəfindən heç bir pozuntu yoxdur.

Gununsesi.info xəbər verir ki ,bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistandan səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında qeyd edib.

O bildirib ki, Azərbaycana qarşı hücum gerçəkləşib deyə müdafiə reaksiyası olub.

“Əsas odur ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq erməni silahlı ünsürlərinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisindən tamamilə çıxarılması təmin edilsin”, – deyə R.T.Ərdoğan əlavə edib.

Gununsesi.info