Azərbaycan tarixi nə demokratiya dərsi, nə siyasi pluralizm nə də söz azadlığı dərsi deyil - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 21 Sentyabr 2020 00:14

 

“Bu günlərdə sosial şəbəkələrdə orta məktəblərdə tədris olunan 7-ci və 10-cu siniflərin tarix kitablarında erməni izinin aşkar edilməsi ictimaiyyət tərəfindən haqlı və çox narazılığa səbəb olmuşdur. Sovet dövründə uzun illər Cənubi Qafqaz tarixi erməni və ermənipərəst Sovet tarixçilərinin bir növ monopoliyasında olduğundan vətənimizin gerçək tarixinin yazılmasında bəzən çox ciddi problemlər yaradırdı”.

 

Bu fikirləri Gununsesi.info-ya açıqlamasında orta məktəblərdə tədris olunan 7-ci və 10-cu siniflərin tarix kitablarında erməni izinin aşkar edilməsi barədə fakta münasibətində millət vəkili Məlahət İbrahimqızı deyib: 

Sovet dövründə uzun illər Cənubi Qafqaz tarixi erməni və ermənipərəst Sovet tarixçilərinin bir növ monopoliyasında olduğundan vətənimizin gerçək tarixinin yazılmasında bəzən çox ciddi problemlər yaradırdı. Artıq otuz ilə yaxındır ki, yenidən müstəqilliyə qovuşmuşuq. Çox təəssüf ki, hələ də bəzi tədqiqatçılar və tarixçilər Sovet dövrünün coğrafi və ideoloji sərhədlərindən kənara çıxa bilmir. Dünyanın demək olar ki, nüfuzlu elm mərkəzlərində və eləcə də qədim və orta əsr dünya tarixini araşdırmlş görkəmli alimlərinin mütləq əksəriyyəti guya qədim və orta əsr “tarixçisi” olmuş erməni əsilli Movses Xorenin mövcudluğuna və yazdığı əsərə şübhə ilə yanaşaraq, onun mif olduğunu bir mənalı olaraq sübut etdikləri halda, bir qrup sovet və azərbaycanlı tarixçiləri ondan tarixi dəlillər və mənbə kimi istifadə edirlər. Mən bu yazıda geniş müzakirə açmaq istəmirəm. Qeyd etmək istərdim ki, tarixin atası sayılan Herodotda, Strabonda, Ptolemeydə və onların tələbələrində həmçinin Harvard, Kembriç, Starfod, Kaliforniya, Oksford, Corc Taun kimi dünyanın nüfuzlu universitetlərinin alimlərinin əsərlərində, yunan mənbələrində “Artsax” və ya “Arsax” keçmədiyi halda ermənilər tərəfindən uydurulmuş və müxtəlif xalqların tarixini oğurlayaraq, erməni mifologiyası yazmış Movses Xorenasinin Tarix kitabında “Artsax” toponiminə rast gəlinir. Buradan bir mənalı olaraq sadə bir həqiqət ortaya çıxır ki, Xorenasinin tarixi mifdir və müxtəlif xalqlarının tarixindən götürülmüş dəlillərin erməniləşdirərək calaq edilməsidir. Bu fikirlər Oksford Universitetinin ermənişünas alimi, professor Tomsonun, ABŞ-ın Corctaun universitetinin professor Kiril Tumanov, görkəmli rus alimi akademik Piyatrovskini, rus diplimatı Çar Rusiyası dönəmində 1915-17-ci illərdə İranda diplomatik missiyanın rəhbəri olmuş Vladimir Maynorskinin fundamental araşdırmalardan ibarət kitabını və XXI-XX əsrin Cənubi Qafqaz tarixinin canlı ensəiklopediyasını yazmış Veliçkonun əsərini oxumaq kifayətdir. Bugün bütün dünya ölkələri arxivlərini istifadə üçün açıq və əlçatan etdiyi dövrdə gerçək tariximizin yazılması üçün çox əlverişli şərait yaranmışdır. Bu yazımla kiməsə məsləhət və ya tövsiyə vermək fikrində deyiləm. Sadəcə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hər bir çıxışında tariximizlə bağlı göndərdiyi strateji əhəmiyyətli mesajların icra edilməsində alimlərin, cavabdeh vəzifəli şəxslər və bütövlükdə ziyalılar çox ciddi məsuliyyət daşıyır. Möhtərəm Prezidentimizin mötəbər beynəlxalq tədbirlərdə Ermənistan rəhbərliyinə vaxtaşırı olaraq verdiyi tarix bə hüquq dərsi hər birimiz üçün dərs olmalıdır. Dövlətimizin Başçısının Azərbaycan xalqının tarixi ilə bağlı fikirləri və düşüncələri tarixçilərimizin tariximizllə bağlı görməli olduğu işlərin yol xəritəsi olmalıdır. Bu səbəbdən hesab edirəm ki, vətənimizin, ölkəmizin və dövlətimizin tarixi ilə bağlı hazırlanan dərs kitabları və dərs vəsaitləri nəşr olunanadək milli ideologiyamıza sızdırıla biləcək erməni və ermənipərəst qüvvələrin təxribatının qarşısını almaq təkcə Təhsil Nazirliyinim nəzarəti və ya icazəsi yetərli deyil. Bu milli və strateji məsələdə daha doğrusu hazırlanmış Azərbaycan tarixi kitabları Milli Təhlükəsizlik Nazirliyinin də ciddi senzuranın keçirilməlidir. Yeni nəslə Azərbaycan tarixi ilə bağlı təqdim olunan kitablardakı hər bir işarənin bəzən çox ciddi mənfi rezonansı ola bilər. Məsələn 10-cu sinif tarix kitabının üz qabığının dizaynında işlədilmiş rənglər bugünkü Ermənistan bayrağı üzərində olan əsas üç rəngdən ibarətdir. Yəni müəllif kitabln dizaynınfa sanki, başqa rəngləri görmür və ya tanımır. Müəllif Azərbaycan tarixi kitabı üzərində dövlətimizin rəsmi bayrağı üzərindəki rənglərdən istifadə etmək əvəzinə təcavüzkar Ermənistan bayrağının rənglərindən istifadə edilməsinin mənası isə çox qaranlıq olmaqla, yumşaq halda məsuliyyətsizlikdir. Azərbaycan tarixi nə demokratiya dərsi, nə siyasi pluralizm nə də söz azadlığı dərsi deyil ki, kim nə istəyir,necə istəyir yazsın və ya desin. Tarix iki üstəgəl iki deyil, lakin gerçək tarixi faktlar üzərində tarixi məntiqi qura bilməkdir. Azərbaycan Tarixi kitabını yazmaq istəyənlər ilk növbədə xalq qarşısında daşıdıqları ağır həm də şərəfli məsuliyyəti anlamalıdır. Azərbaycan tarixi bizim milli ideologiyamızın konturları və təməl prinsipidir. Azərbaycan tarixi millətimizin, ölkəmizin və dövlətimizin tarixdə varolma və mövcudiyyət tarixidir.Bu tarix isə hər birimiz üçün müqəddəs kitabımız kimi əziz və qiymətli olmalıdır”.

 

Gununsesi.info