Azərbaycan tarixində ilk animasiya filmi - VİDEO

  • By admin
  • 06 İyun 2022 10:43

Azərbaycan animasiyası tarixində ilk dəfə olaraq “Qarınqulu” adlı tammetrajlı animasiya filmi istehsalata buraxılacaq. 

Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və AVTO FM-in dəstəyi ilə AzerNyuMedia Şirkətinin “Cinema Radio” Kino Radio kanalının 153-cü buraxılışına açıqlamasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyev deyib.

Onun sözlərinə bu layihənin istehsalata buraxılması ilə bağlı bir il danışıqlar prosesi gedib.

“Bizim növbəti fikrimizdə uşaq filmləridir. Təəsüflər olsun ki, bu iki çox diqqətdən kənarda qalıb. Ümumiyyətlə animasiya filmlərində çalışanlardan fədakarlıq tələb olunur. Bir il bu çalışmalardan sonra nəyə nail olduq? Azsaylı animasiya mütəxəssislər müxtəlif qurumlarda, müxfəlit şirkətlərdədirlər. Bizim məqsədimiz odur ki, 124 ildən sonra çəkiləcək bu filmdə yerli mütəxəssislər olsun, bütün istehsal mərhələləri Azərbaycanda olsun.

Niyə görə Azərbaycanda olsun? Çünki ssenari və personajlar hazırlanandan sonra, təəsüflər olsun ki, texniki imkanlar Azərbaycanda istədiyimiz kimi olmadığına görə adətən biz bunu xarici ölkələrə göndəririk. Amma biz istəyirik ki, bütün mərhələlər Azərbaycanda olsun. Hal-hazırda 20-ə yaxın müxtəli yaşlı, müxtəlif təcrübəyə malik olan mütəxəssis burada işləyir.

Onların ümumi portfoliosu 20 min saniyədir. Bu, Azərbaycan üçün ciddi bir rəqəmdir. Ümumilikdə götürsək, bu ilkin mərhələdir. Hazırlıq dövrü gedir, işlər görülür. Layihə davam etdikcə, bu layihədə iştirak edənlərin sayı 50-ə çatacaq. Ümid edirəm ki, bu müvəffəqiyyətli layihə olacaq və filmi tanınmış aktyorlarımız səsləndirəcək”.

Rüfət Əliyev eyni zamanda bildirib ki, Azərbaycan kinosu hazırda keçid dövrünü yaşayır.

“Biz köhnə sistemin qalıqlarından qurtulub, yeni, həm beynəlxalq təcrübəyə uyğun, həm də Azərbaycanın reallıqlarını nəzərə alaraq bu sahənin inkişafı üçün addımlar atırıq. Son vaxtlar büdcə və film layihələri ilə bağlı müzakirələrin artmasının səbəbi keçid dövrü ilə əlaqədardır”.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin sektor müdiri Rüfət Əliyevin tam çıxışını təqdim edirik:

Gununsesi.info