Azərbaycan Texniki Universitet Memarlıq və İnşaat Universitetinə birləşdirilir

  • By admin
  • 02 Sentyabr 2016 14:18
texniki
Azərbaycan Texniki Universitet ilə Azərbaycan Memamrlıq və İnşaat Universiteti birləşdirilir.
Bu barədə Gununsesi.info-ya etibarlı mənbə bildirib.
Mənbə deyib ki, artıq bu istiqamətdə işlər gedir. Ancaq bu nə zaman reallaşacaq bəlli deyil.
Mənbə onu da əlavə edib ki,  universitetlərin birləşmə prosesi reallaşan zaman ad da dəyişəcək.  Yeni universitetdə yeni fakültələrin də olcağı, xüsusən də İKT və müasir texniki fakültələrin olacağ gözlənilir.
Universitetlərin birləşməsindən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın təyin ediləcəyi gözlənilir. Ancaq digər şəxslərin də adı hallanır.
Qeyd edək ki, artıq Texniki Universitetinin rektoru Havar Məmmədovun Qafqaz Universitetinə rektor postuna təyinat alıb.
Gününsesi.info