Azərbaycan Türkmənistanla Memorandum imzaladı

  • By admin
  • 21 Yanvar 2021 15:42

Türkmənistanın paytaxtı Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

 

Gununsesi.org xəbər verir ki, Memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıblar.

Gununsesi.org