Azərbaycan UNESCO-dan cavab gözləyir

  • By admin
  • 10 Fevral 2022 11:16

“44 günlük Vətən müharibəsindən sonra UNESCO tərəfinə müraciət olunarkən Azərbaycan dövləti ilk gündən təşkilatla əməkdaşlıq etməyə razılıq verib”.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

“UNESCO-ya bizim tərəfdən təklif gedərkən təşkilatın cavabı belə oldu ki, baxılası yerlərin sayı həddindən artıq çoxdur. Azərbaycan dövləti burada abidələrə heç bir fərq qoymur. İstər xristian dini abidələri, istər islam dininə aid olan abidələrə baxış keçirilməsini tam dəstəkləyirik”, – deyə XİN başçısı vurğulayıb.

Nazir vurğulayıb ki, ötən ilin iyun ayından Azərbaycan UNESCO missiyanı dəvət edib və ondan cavab gözləyir:

“Azərbaycan bütün bu təşkilati məsələləri UNESCO ilə razılaşdırıb. Missiyanın hazırda baş tutmaması ilə bağlı Azərbaycanın heç bir rolu yoxdur. UNESCO-nun missiyanın baş tutmasını əngəlləyən erməni tərəfidir. Bunu da xüsusilə qeyd etmək istərdim. Biz sadəcə onlardan cavab gözləyirik”.

Gununsesi.info