Azərbaycan və Belarus arasında əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb

  • By admin
  • 28 Noyabr 2016 20:17

w

 

Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair sənədlər paketi imzalanıb.

APA-nın BELTA-ya istinadən verdiyi məlumata görə, müvafiq sənədlər Bakıda Azərbaycan prezidenti İlham Əliyev və Belarus prezidenti Aleksandr Lukaşenko arasında keçirilən danışıqlarından sonra imzalanıb.

Tərəflər Belarus və Azərbaycan arasında 2025-ci ilədək sosial-iqtisadi əməkdaşlıq proqramının həyata keçirilməsi üzrə tədbirlər planını, kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı üçün hərtərəfli əməkdaşlıq proqramını, eləcə digər bir sıra sənədləri imzalayıblar.

Gununsesi.info