Azərbaycan və Ermənistan dini liderlərinin görüşü olacaq

  • By admin
  • 28 Avqust 2017 12:48

1479888282
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq.

Gununsesi.info “İnterfaks”a istinadən xəbər verir ki, görüşün sentyabrın 8-i Moskvada keçirilməsi gözlənilir. Görüşü Moskva və bütün Rusiyanın patriarxı Kirill təşkil edir. Burada əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq.

Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər.

QMİ mətbuat xidmətindən də belə bir görüşün keçiriləcəyini təsdiqləyiblər.

Gununsesi.info