“Azərbaycan və Ermənistanda anklav və eksklav qalmamalıdır” -Paşinyan

  • Müəllif: Firuzə
  • 14 Oktyabr 2026 10:16

Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasından sonra 29 743 kvadratkilometr əraziyə sahib olmalıdır

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında açıqlama verib.

O qeyd edib ki, sərhədin hər iki tərəfində heç bir anklav və eksklav qalmamalıdır.

N. Paşinyan Bakı ilə İrəvanın ekvivalent ölçüdə ərazi mübadiləsi aparmalı olduğunu, həmçinin bütün yolların və kommunikasiya xətlərinin açıq olmalı olduğunu bildirib.

Baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı Qarabağla bağlı heç bir tələb irəli sürülməməlidir. O əlavə edib ki, bu, Azərbaycana da aiddir: “Tərəflər bütün məsələlərdə bir-birini rahat buraxmalıdır”.

Gununsesi.info