Azərbaycan və Gürcüstan arasında humanitar əməkdaşlıq müzakirə olunub

  • By admin
  • 27 Noyabr 2020 14:03

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Çxenkeli ilə görüşüb.

Gununsesi.orgun yerli bürosu xəbər verir ki, tərəflər ölkələr arasında humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə ediblər.

M.Çxenkeli Gürcüstan və Azərbaycanın birgə reallaşdırdığı layihələri müsbət qiymətləndirib. Onun sözlərinə görə, ali təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi, birgə elmi araşdırma layihələrinin həyata keçirilməsi əhəmiyyətlidir.

Görüşdə həmçinin mədəniyyət və idman sahələrində də qarşılıqlı əlaqələrin gücləndirilməsinin önəmi vurğulanıb.

F.Quliyev öz növbəsində iki ölkə arasında əməkdaşlığın daha da dərinləşdirilməsi üçün hazırlığını ifadə edib.

Gununsesi.org