Azərbaycan və Gürcüstan arasında yeni saziş təsdiqlənəcək

  • By admin
  • 10 Mart 2022 10:11

Azərbaycan və Gürcüstan arasında yeni standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq barədə saziş təsdiq ediləcək.

Gununsesi.info xəbər verir ki, bu, Milli Məclisin plenar iclasına tövsiyə edilən Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Eyni zamanda “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və sertifikatlaşdırma sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun ləğv ediləcək.

Gununsesi.info