Azərbaycan və İsveçin NATO-dakı nümayəndələri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər - FOTO

  • By admin
  • 03 Mart 2023 20:06

Azərbaycanın NATO yanındakı Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İsveçin NATO-dakı səfiri Aksel Vernhoffla görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Cəfər Hüseynzadə “Twitter” hesabında bildirib.

Görüşdə, həmçinin iki ölkənin NATO-dakı tərəfdaşlığı və Azərbaycanın alyansın enerji təhlükəsizliyinə töhfəsi müzakirə olunub.

Gununsesi.info