Azərbaycan və İsveçrə bank sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İsveçrə Milli Bankının sədri Thomas Jordan ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, rəsmilər əməkdaşlıq əlaqələri, texniki yardım proqramları, o cümlədən Azərbaycan və İsveçrə bankları arasında əməkdaşlığın genişləndirilməsi imkanları barədə müzakirələr aparıb.

Gununsesi.info