Azərbaycan və Küveyt arasında birbaşa reys açılacaq

  • By admin
  • 16 Noyabr 2016 17:12
kuveyt
Azərbaycan və Küveyt hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalandı.
Bu barədə Gununsesi.info-ya AZAL-ın mətbuat xidmətindən məlumatverilib. Məlumatda bildirilir ki, “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və Küveyt Mülki Aviasiya İdarəsinin baş direktoru Yusif Əl-Fuzan (Yousef Al-Fouzan)  iki ölkə arasında hava əlaqəsi haqqında hökumətlərarası saziş imzalayıb.
Qeyd olunan sazişin imzalanması nəticəsində ölkələr arasında hava əlaqəsinin açılması üçün maneələr aradan qaldırıldı. Bu da Azərbaycan və Küveyt arasında ikitərəfli iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etməsinə təkan verəcək.
Mülki aviasiya ölkələr arasında millətlərarası mübadilənin təmin olunmasında mühüm rol oynayır və  Azərbaycanla Küveyt arasında sərnişin daşımaları bazarının tələbatını ödəməyə hazırdır. Xüsusilə, Azərbaycanın Milli daşıyıcısı “Azərbaycan Hava Yolları” və yük daşıyıcısı “Silk Way Airlines” Küveyt şəhərlərinə birbaşa reyslərin açılması imkanlarını araşdırırlar. Eyni zamanda, Küveytin “Əl-Cəzirə” aviaşirkəti ölkəmizə birbaşa reyslər açmaq niyyətindədir.
Qeyd etmək istərdik ki, sazişin imzalanması cari il noyabrın 24-də Küveytdə Azərbaycanın turizm bazarının potensialının təqdimatı ərəfəsində həyata  keçirilib.
Gununsesi.info