Azərbaycan və Pakistan hərbi əməkdaşlıq planı imzaladılar

  • By admin
  • 03 Noyabr 2016 17:36
pakistanazerbaycan
Azərbaycanla Pakistan arasında hərbi əməkdaşlıq planı imzalanıb.
Bu barədə Gununsesi.info-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin nümayəndə heyəti “Azərbaycan-Pakistan İşçi Qrupunun 7-ci Görüşü”ndə iştirak etmək məqsədilə Pakistan İslam Respublikasına səfər edib.
İslamabadda keçirilən görüşlərdə ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyəti və perspektivləri, eləcə də görüləcək birgə tədbirlər nəzərdən keçirilib. 
Tədbirin yekununda  Azərbaycan Müdafiə Nazirliyi ilə Pakistan İslam Respublikasının Birləşmiş Qərargahı arasında ikitərəfli hərbi əməkdaşlıq Planı imzalanıb.  
Qeyd edək ki, yüksək rütbəli heyətlərinin iştirakı ilə İşçi Qrupunun görüşü hər il növbəli qaydada Azərbaycanda və Pakistanda keçirilir.
Gununsesi.info