Azərbaycan və Türkiyənin dini liderləri Qarabağa getdi

  • By admin
  • 27 Oktyabr 2021 15:19

Türkiyənin Diyanət işləri Başkanı Ali Erbaş Azərbaycana səfərə gəlib.

Gununsesi.info-ya bu barədə Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib.

Bildirilib ki, QMİ sədri Allahşükür Paşazadə qonaqlarla birlikdə Qarabağın hava qapısı olan Füzuli aeroportuna baş çəkiblər.

Nümayəndə heyəti Füzulidən Şuşaya gedəcəklər.

Gununsesi.info