Azərbaycan və Yunanıstan milli komandalarının heyətləri açıqlandı

  • By admin
  • 03 Mart 2023 20:36

Futzal üzrə dünya çempionatının əsas mərhələsi çərçivəsində bu gün keçiriləcək Azərbaycan – Yunanıstan oyunu üçün komandaların heyətləri açıqlanıb.

Gununsesi.info xəbər verir ki, Bakı İdman Sarayında keçiriləcək matçda millimizin heyətində Emin Kürdov, Eduardo Borges, Rafael Vilela, Amadeu, Felipinyo, Rövşən Hüseynli, Xəzər Ağalızadə, Tyaqo Bolinya, Fineo, Ramiz Çovdarov, İsa Atayev, Xətai Bağırov, Qallo və Hadi Ahmadi yer alacaqlar.

Yunanıstan seçməsinin heyətində Dimitris Zervas, Seiti Ensi, Lampros Tsinas, Spiridon Kondilatos, Spiridon Papakostas, Vasileios Felios, Alekandros Adamopoulos, Emmanouil Tsepas, Panagiotis Qousis, Axilleas Floros, Marios Ntatis, Antonios Manos, Panagiotis Qriqorakos və Dimitrios Karidas mübarizə aparacaqlar.

Azərbaycan – Yunanıstan oyunu saat 20:00-da başlayacaq.

Gununsesi.info