Azərbaycan vətəndaşı Rusiyada həbs edildi

  • By admin
  • 11 Noyabr 2017 09:05

Rusiyanın Rostov şəhərində oğurluqda şübhəli bilinən Azərbaycan vətəndaşı həbs olunub.

Gununsesi.info report.az-a istinadən bildirir ki, bu barədə Rostov Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Cinayət işi materiallarına görə, 35 yaşlı azərbaycanlı cari ilin iyun ayında şəhər kafesində olarkən müştərilərdən birinin yatmasından istifadə edib və onun cibindən dəyəri təqribən 184 dollar olan mobil telefon oğurlayıb.

Məlumata görə, məhkəmənin qərarı ilə o, 10 ay müddətinə azadlıqdan məhrum edilib. Araşdırma zamanı oğurlanmış telefon aşkar edilərək götürülüb.
Gununsesi.info