Azərbaycan vətəndaşları daimi yaşamaq üçün ölkəni tərk edir – STATİSTİKA AÇIQLANDI

  • By admin
  • 25 Yanvar 2021 13:49

2020-ci ilin 11 ayı ərzində Azərbaycana daimi yaşamaq üçün gələn və gedənlərin statistik sayı açıqlanıb.

 

Gununsesi.org Trend-ə istinadən bildirir ki, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1516 nəfər gələn, Azərbaycandan isə 531 nəfər gedən qeydə alınıb.

Bununla da ölkədə miqrasiya saldosu müsbət 985 nəfər təşkil edib.

Gununsesi.org