“Azərbaycan vətəndaşları endirimli və sərfəli bilet ala bilmirlər” - Naqif Həmzəyev AZAL-a səsləndi

  • Müəllif: Şəbnəm
  • 21 Sentyabr 2026 12:23

AZAL tərəfindən biletlərin satışında Azərbaycan vətəndaşlarına xüsusi yanaşma tədbiq edilsə, daha yaxşı olar.

 

Gununsesi.info xəbər verir ki, bunu deputat Naqif Həmzəyev deyib.

 

O bildirib ki, qonşu ölkələrdə baş verən proseslər fonunda həmin ölkə vətəndaşları AZAL vasitəsilə öz səfərlərini həyata keçirirlər: “Biletlər öncədən onlar tərəfindən alınır və Azərbaycan vətəndaşları endirimli və sərfəli bilet ala bilmirlər. Azərbaycan vətəndaşları üçün ən azı il ərzində 1 istiqamət üzrə 1 dəfə münasib qiymətə bilet almaq hüququ tanınmalıdır”.