Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildi

  • Müəllif: Firuzə
  • 11 Avqust 2026 11:21

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə Azərbaycan vətəndaşları da daxil olmaqla, 113 əcnəbini deportasiya ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan, Ermənistan, Misir, Hindistan, İordaniya, Qazaxıstan, Keniya, Çin, Kuba, Nepal, Nigeriya, Pakistan, Rusiya, Tailand, Türkiyə, Türkmənistan, Özbəkistan, Efiopiya və digər ölkələrin vətəndaşları Gürcüstandan çıxarılıb.

Deportasiya olunmuş şəxslərin Gürcüstana girişi qadağan edilib.

Gununsesi.info