Azərbaycan vətəndaşlarını Dubaydan çıxarırlar, viza verməkdən imtina olunur –NƏ BAŞ VERİR?

Birləşmiş Ərəb Əmirliyinin səfirliyi son günlər yüzlərlə Azərbyacan vətəndaşına viza verməkdən imtina edir. 

Gununsesi.info  haqqın.az saytına istinadən bildirir ki, səfirlik BƏƏ Xarici İşlər Nazirliyinə və Miqrasiya xidmətinin göstərişlərinə istinad edir. Bundan başqa xeyli sayda Azərbaycan vətəndaşı qəfildən BƏƏ-nin miqrasiya xidmətinin “qara siyahısı”na salınıb və əmirilik ərazisinə girişi ömürlük qadağan edilib.

Dünən axşam Duba hava limanında Azərbaycan vətəndaşı, biznesmen Xəyyam Səfərli saxlanılıb. O buna qədər macal tapıb İnstagramda bu barədə məlumat verib. Heç bir səbəb göstərmədən Səfərli saxlanılıb və onun işçi vizası ləğv edilib. Məlumata görə, analoji addımlar BƏƏ-də çalışan digər vərəndaşlarımıza da tətbiq olunur.

Azərbaycanın BƏƏ-dəki səfirliyindən bildiriblər ki, hadisə ilə bağlı Əmirliyin XİN-ə müvafiq nota verilib.

Azərbaycanın turizm şirkətləri yaranan vəziyyətdən ciddi narahatlıq keçirirlər. Onlar bildirir ki, belə viza böhranı ilə bağlı böhranla ilk dəfədir üzləşirlər.  “Adətən səfirlik çox qısa müddətə viza verir. Amma indi vətəndaşlarımızı “qara siyahıya” salıblar. Nə baş verdiyini bilmirik”-deyə turzm şirkətinin bir rəhbəri deyib.

Gununsesi.info