Azərbaycan XİN Koreyaya başsağlığı verdi

  • By admin
  • 30 Oktyabr 2022 11:06

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Koreya Respublikasına başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Nazirlik tviter hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Koreya Respublikasının Seul şəhərində baş vermiş faciəvi izdiham zamanı insan tələfatı bizi dərindən kədərləndirir. Koreya hökumətinə və xalqına başsağlığı veririk. Yaralananların hamısının tezliklə sağalmalarını diləyirik”.

Xatırladaq ki, oktyabrın 29-da Cənubi Koreyanın paytaxtı Seulda Hellouin bayramının qeyd edilməsi zamanı şəhərin mərkəzindəki İtxevonda baş verən izdiham nəticəsində 19-u əcnəbi olmaqla 151 nəfər ölüb.

Gununsesi.info