Azərbaycan XİN qətnaməyə dəstəyə görə BMT ölkələrinə təşəkkür etdi

  • By admin
  • 19 Noyabr 2021 12:52

Azərbaycan XİN Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə təqdim edilmiş bütün ölkələrin COVID-19 vaksinlərinə hərtərəfli çıxışının təmin edilməsi ilə bağlı qətnaməyə verilən dəstəyə görə BMT ölkələrinə minnətdarlığını bildirib.

Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva tviter səhifəsində yazıb.

“Qoşulmama Hərəkatı adından Azərbaycan Prezidentinin təşəbbüsü ilə irəli sürülmüş və Baş Assambleyanın qəbul etdiyi “Bütün ölkələrin COVID-19-a qarşı peyvəndlərə ədalətli, əlçatan, vaxtlı-vaxtında və hərtərəfli çıxışının təmin edilməsinə dair” qətnaməni dəstəkləmiş BMT-yə üzv ölkələrə minnətdarlığımızı bildiririk”, – paylaşımda deyilir.

Gununsesi.info