Azərbaycan XİN Rusiyaya başsağlığı verdi

  • By admin
  • 12 Avqust 2021 12:06

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada “Mİ-8” helikopterinin qəzaya uğraması ilə bağlı bu ölkəyə başsağlığı verib.

Gununsesi.info xəbər verir ki, başsağlığı nazirliyin tviter səhifəsində paylaşılıb.

“Kamçatkanın Kuril adaları bölgəsində “Mİ-8” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”.