Azərbaycan XİN xalqı Novruz bayramı münasibətilə təbrik edib - FOTO

  • By admin
  • 19 Mart 2023 14:27

Azərbaycanın Xarici İşlər Nazirliyi xalqı Novruz bayramı münasibətilə təbrik edib.

Gununsesi.info xəbər verir ki, təbrik nazirliyin “Twitter” səhifəsində paylaşılıb.

“Xalqımızın mədəni və mənəvi zənginliyinin, bolluğun, bərəkətin və yazın təcəssümü olan Novruz bayramında əziz xalqımızı səmimi qəlbdən təbrik edirik. Novruz bayramı dövlətimiz və xalqımız üçün daha böyük uğurlar gətirsin. Bayramımız mübarək olsun!”, – paylaşımda qeyd edilib.

Gununsesi.info