Azərbaycan yığması Millətlər Liqasında ikinci oyununu keçirəcək

  • By admin
  • 07 Sentyabr 2020 16:20

Sabah futbol üzrə Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Gununsesi.info-nun məlumatına görə, yığmamız Millətlər Liqasının II turu çərçivəsində Kiprlə qarşılaşacaq.

C liqasının 1-ci qrupunda yer alan komandalar turnirə məğlubiyyətlə başlayıb. Millimiz Lüksemburqa 1:2, Kipr Monteneqroya 0:2 hesabı ilə uduzub.

İlk xal üçün meydana çıxacaq rəqiblər autsayder imicindən xilas olmaqdan ötrü mübarizə aparacaq. Ardıcıl ikinci ev oyununda qüvvəsini sınayacaq Kipr çətin duruma düşməmək üçün millimizi məğlub etməlidir.

Lüksemburqla görüşdəki bərbad oyun və acınacaqlı nəticədən sonra azarkeşlərin ümidlərini puç edən millimiz onların gözündə yalnız qələbə ilə reabilitasiya ola bilər. İndiki komanda üçün bunu reallaşdırmaq da asan deyil.

Milliləşən legionerlərin bəzilərinin yoxluğu yığmanı aciz vəziyyətdə qoyub. Bu üzdən də azarkeşsiz keçiriləcək səfər matçında nəyəsə ümid etmək də çətindir. Həm mövsümün, həm də ilin ilk səfər sınağında komandamızın yeganə ümidi rəqibin də ağır günlərini yaşamasıdır. Məhz bu amil Canni de Byazinin baş məşqçisi olduğu komandaya səfərdə xal, hətta qələbə bəxş edə bilər.

Lüksemburqla matçda yersiz qırmızı vərəqə alan Mahir Emrelinin yoxluğunda italiyalı mütəxəssis “11-liy”ə əl gəzdirməli olacaq. Debüt görüşündən sonra onun futbolçuları daha yaxşı tanımasını və rəqib meydanında oynamağı nəzərə alsaq, dəyişikliklərin artması da istisna deyil. Hətta fərqli taktiki sxem də gözləməyə dəyər.

Qeyd edək ki, Nikosiyanın GSP stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Millətlər Liqası

II tur, 8 sentyabr

C liqası, I qrup

22:45. Kipr – Azərbaycan

Hakimlər: Filip Qlova, Peter Bednar, Frantişek Ferents, Boris Marhefka (hamısı Slovakiya)

Nikosiya. GSP stadionu

1

Monteneqro

1

1

0

0

2-0

3

2

Lüksemburq

1

1

0

0

2-1

3

3

Azərbaycan

1

0

0

1

1-2

0

4

Kipr

1

0

0

1

0-2

0

 

 

 

Gununsesi.info