Azərbaycan yol infrastrukturunun keyfiyyətinə görə dünyada 36-cıdır

  • By admin
  • 31 Oktyabr 2017 23:14


Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində dünyanın 137ölkəsi arasında 36-cı yerdə qərarlaşıb.
“Report” xəbər verir ki, bu, Dünya İqtisadi Forumunun apardığı tədqiqatın nəticəsində müəyyyən edilib.
Azərbaycan yuxarıda qeyd olunan göstəriciyə görə, MDB ölkələri arasında Tacikistan (70), Ermənistan (85), Rusiya (114), Qazaxıstan (115), həmçinin Qırğızıstan, Moldova və Ukraynanı geridə qoyub.
Siyahıya BƏƏ, Sinqapur, İsveçrə, Honkonq və Niderland liderlik edir.
ƏnpisyolinfrastrukturuHaiti, Konqovə Mavritaniyayaməxsusdur.

 

Gununsesi.info