Azərbaycan yolların keyfiyyətinə görə dünyada 50-cidir - 3-CÜ YERDƏDİR

  • By admin
  • 11 Oktyabr 2016 12:53

 

yol

Dünya İqtisadi Forumu  “dünya ölkələrinin rəqabətədavamlılıq 2016-2017-ci il” (The Global Competitiveness Report  2016-2017) hesabatını açıqlayıb.

Gununsesi.info həmin hesabata istinadən dünyada ən keyfiyyətli nəqliyyat yollarına məxsus ölkələr barədə məlumat verir.  Hesabatı hazırlamaq üçün sorğuya 135 ölkədən 14 minə yaxın iş adamı  daxil edilib. Keyfiyyətli yol- Dünya İqtisadi Forumunun  rəqabətə  davamlılıq reytinqində əsas parametrlərindən biridir.

Azərbaycan 135 ölkə arasında 50-ci yerdə qərarlaşıb. Bununla keçmiş SSRİ ölkələri arasında ilk üçlükdədir.

Aparılan sorğu nəticəsində ilk pillədə maraqlı da olsa, Birləşmiş Ərəb Əmirliyi tutur. Daha sonrakı pillədə Sinqapur, üçüncü yerdə isə Hon-Konq tutur.

Keçmiş SSRİ ölkələrinə gəlincə, sıralama aşağıdakı kimidir:

Litva 36-cı yerdə

Estoniya 45-ci yerdə

Azərbaycan 50-ci yerdə

Tacikistan 70-ci yerdə

Gürcüstan 78-ci yerdə

Ermənistan 81-ci yerdə

Latviya 95-ci yerdə

Qazaxıstan 131-ci yerdə

Moldova 132-ci yerdə

Ukrayina 134-cü yerdə qərarlaşıb.

Belarusiya, Türkmənistan və Özbəkistanın adları  reytinqdə yer almayıb.

Vüsalə RÜSTƏMOVA

Gununsesi.info