Azərbaycan yollarında 10 nəfər öldü - İSTİRAHƏT GÜNLƏRİNDƏ

  • By admin
  • 13 Sentyabr 2021 15:00

Şənbə-bazar günlərində ölkə ərazisində baş vermiş yol-nəqliyyat hadisələrində ölən və yaralananların sayı açıqlanıb.

Daxili İşlər Nazirliyindən Gununsesi.info-a verilən məlumata görə, sentyabrın 11-də respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bazar günü – sentyabrın 12-də isə respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Gununsesi.info