Azərbaycana indiyədək 2 milyard dollarlıq qrant gəlib

  • By admin
  • 04 Aprel 2018 17:24

“Son 25 ildə Azərbaycan hökuməti müxtəlif layihələrə tək ABŞ-dan 1,3 milyard dollar qrant alıb”.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli bildirib.

N.Cəfərlinin sözlərinə görə,  həmin vəsait hesabına 17 məktəb tikilib, qaçqınlara 123 milyon dollar yardım edilib:
“Qalan vəsait isə hökumətin təqdim etdiyi müxtəlif layihələrə, o cümlədən idarəetmənin təkmilləşdirilməsi, İpək Yolu, məhkəmələrin təkmilləşdirməsi, məmurların ABŞ-da təcrübə keçməsi kimi layihələrə xərclənib.
Avropa Birliyindən, AB-yə daxil olan ölkələrdən də Azərbaycan hökuməti son 25 ildə 500 milyon dollara yaxın qrant alıblar. Sonuncusu 2018-ci ilin Dövlət Büdcəsinin kəsr hissəsinin maliyyələşdirilməsi üçün Avropa Birliyindəm aldıqları 15 mln. avro (30 mln. manat) qrant olub”.
Beləliklə,son 25 ildə ölkəyə qrant kimi daxil olan 2 mlrd. dollar vəsaitin 1,9 mlrd. dollarını hökumət alıb. 
 
Vüsalə
Gununsesi.info