Azərbaycana Olimpiadada medallar qazandıran karateçilər Bakıya qayıtdı – FOTO

  • By admin
  • 09 Avqust 2021 12:15

Bu gün Tokio Olimpiadasında Azərbaycana iki gümüş medal qazandıran karate millimizin üzvləri Bakıya qayıdıb.

Gununsesi.info-nun xəbərinə görə, Heydər Əliyev Hava Limanında karateçiləri çoxlu sayda azarkeşlər, karate ictimaiyyətinin nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Rafael Ağayev (-75 kq) və İrina Zaretskaya (+61 kq) gümüş medal qazanıblar.