Azərbaycana psixotrop maddə gətirən iranlı TUTULDU

  • By admin
  • 01 Mart 2018 16:46

İran vətəndaşı olan 1969-cu il təvəllüdlü Gonbari Albari Ahad Abbas oğlu Bakı Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb.

Gununsesi.info xəbər verir ki, o, İrandan Azərbaycana psixotrop maddəgətirməkdə ittiham olunur.

Bu cinayət işini Eldar İsmayılovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

Bugünkü məhkəmədə prokuror ittiham aktını elan edib. Gonbari Albari həm psixotrop maddənin satışında, həm də istifadəsində ittiham edilir.

İran vətəndaşı ittihama münasibət bildirərkən özünü qismən təqsirli bilib. Dediyinə görə, özü psixotrop maddənin istifadəçisi olsa da, satışıyla məşğul olmayıb.

G.Albarini Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları həbs edib. Polislər məhkəmədə bildiriblər ki, Albari saxlanılarkən üzərindən psixotrop maddə çıxıb.

Bunu Albari özü də təsdiqləyərək əlavə edib ki, cibindən tapılmış maddədərman kimi istifadə olunur və İranda apteklərdə açıq şəkildə satılır: “Mən bilmirdim ki, o, Azərbaycanda psixotrop maddələr siyahısındadır”.

Gülər

Gununsesi.info