Azərbaycana qrip əleyhinə vaksinlər gətirilib 

  • By admin
  • 20 Yanvar 2023 09:25

Son vaxtlar Azərbaycanda mövsümi qrip yayılıb.

Gununsesi.info xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Şəhidlər Xiyabanında jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, iki il ərzində pandemiya dövründə yaşaymış cəmiyətlərdə ənənəvi virus və bakteriyalar mübadiləsi pozulub, nəticədə ara-sıra mövsümü qriplər yayılıb.

“Buna görə də hazırlıq olaraq ölkəmizə qrip əleyhinə vaksinlər gətirilib və tibb müəsisələrinə paylanıb”,- nazir əlavə edib.

Gununsesi.info