
Azərbaycanda dərman vasitələrinin tərkibinin düzgün olmadığı və vaxtı keçən dərman vasitələrinin gətirliməsi ilə bağlı faktlar mövcuddur.
Gununsesi.info xəbər verir ki, bunu millət vəkili, məhşur kordioloq Rəşad Mahmudov Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında dilə gətirib.
Onun sözlərinə görə, keyfiyyətsiz dərman vasitələrin xilas olmağın yeganə yolu dünyadakı brend dərman firmalarının dərman vasitələrinə üstünlük verilməsi ilə mümkündür. “Çünki brend dərman firmaları öz imiclərinə xələl gəlməsin deyə, keyfiyyətsiz dərman məhsulu istehsal etmir. Biz özümüz dərman tərkibinin keyfiyyətsiliyi və təhlükəli dərman vasitələri ilə rastlaşmışıq. Xüsusən də biz belə faktlraı ürək xəstəlikləri ilə bağölı dərmanlarda aşkar etmişik”- deyə, millət vəkili vurğualyıb.
R. Mahmudov əlavə edib ki, bu gün dünyada vaxtı keçmiş dərman vasitələrinin müddətinin dəyişdirilməsi əsasən dünyadaı azad ticarət bölgələrində fəaliyyət göstətən şirkətlər tərəfindən həyata keçirilir. “Ona görə də bu məslələrə nəzarəti gücləndirmək lazımdır. Vəziyyətdən çıxış yolıu ilk olaraq Azərbaycanda dərman vasitələrinin istehlası inkişaf etdirilənədək dünyadakı bredn dərman firmalarından bu dərmanlar alınmalıdır”- deyə, millət vəkili bildirib.
Mürtəza
Gununsesi.info












