Azərbaycana yeni dərmanlar gətiriləcək

  • By admin
  • 28 Dekabr 2021 17:30

Son dövrlərdə COVID-19 əleyhinə müalicədə istifadə olunan dərmanların adları xarici mediada çəkilir.

Gununsesi.info xəbər verir ki, bunu səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, həmin dərmanların tədqiqatları başa çatdıqdan sonra ölkəmizə gətirilməsi nəzərdə tutulur: “Bəzi insanlar düşünürlər ki, o dərmanlar vaksinasiyanın yerini tutacaq. Bu, belə deyil. Virusun irəliləyiş fazası var. Dərmanlar virusun replikasiyasının qarşısını alır. Gecikmiş fazada xəstə insanlarda oksigen dəstəyindən, “sitokin fırtınası”nın qarşısını alan dərmanlardan istifadə olunur. Hər iki qrup dərmanlar ölkəmizə gətirilir və aktiv olaraq xəstələrin müalicəsində istifadə olunur. Lakin yeni dərmanlar virusun ilk fazasında istifadə olunur və dəstəkləyici xarakter daşıyır”.

Gununsesi.info