Azərbaycanda əcnəbilərə məxsus 4 şirkət ləğv olundu

  • By admin
  • 23 Dekabr 2020 20:58

Bakıda xarici ölkə vətəndaşlarına məxsus “Viva Projects”, “Green Bay”, “Trıada Group” və “Sirius Trade” MMC-lər ləğv olunduğunu elan edib.

Gununsesi.info xəbər verir ki, məlumatı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti yayıb.

Kreditorlar 2 ay ərzində tələblərini müvafiq olaraq Nərimanov rayonu, Fətəlixan Xoyski prospekti, ev 106, mənzil 44, Səbail rayonu, Badamdar qəsəbəsi, Massiv 3, ev 12A, Səbail rayonu, Neftçi Qurban Abbasov küçəsi, ev 10, mənzil 21 və Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, ev 120, mənzil 1 ünvanlarına bildirə bilərlər.

Qeyd edək ki, “Viva Projects” və “Sirius Trade”in qanuni təmsilçisi eyni şəxs – Çin vətəndaşıdır.

Gununsesi.info