Azərbaycanda Əməkdar artistə qarşı 4 minlik dələduzluq – VİDEO

  • By admin
  • 01 Aprel 2020 14:42

Əməkdar artist Nahidə Orucova dələduzluğa məruz qalıb.

 Gununsesi.org xəbər verir ki, bu barədə aktrisa “Elgizlə izlə” proqramında məlumat verib.

Aktrisa aztəminatlı qohumuna sosial evlər layihəsindən mənzil almaq istəyib. Elnarə Abdullayeva adlı şəxs bu barədə N. Orucovaya kömək edəcəyini bildirib. Əməkdar artist müəyyən hesablara 4 min manat dəyərində pul ödəyib.

Ancaq xanım sənətçi, nə sözügedən ailəni mənzil siyahısına saldırıb, nə də ki, bununla bağlı sənədləri təqdim edib.

 Əməkdar artist hüquq-mühafizə orqanlarına müraciət edəcəyini açıqlayıb.

 

 Gununsesi.org