Azərbaycanda ən çox maaş alanlar kimlərdir? - FOTO

  • By admin
  • 18 Avqust 2022 11:40

2022-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14.2 faiz artaraq 827.1 manat
təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir
Əməkhaqqı neft-qaz sektorunda 3535.3 manat, qeyri neft-qaz sektorunda 775.3 manat təşkil etmişdir. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 774.9 manat, özəl müəssisələrdə isə 886.9 manat olub.
Mədənçıxarma sənayesində (3400.3 manat), maliyyə və sığorta fəaliyyəti (2167.1 manat), peşə, elmi və texniki fəaliyyət (1390.4 manat), eləcə də informasiya və rabitə sahələrində (1353.4 manat) orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Gununsesi.info