Azərbaycanda 10-cu sinifdə oxuyan qız QAÇIRILDI

  • By admin
  • 05 Yanvar 2022 14:23

Samux rayonunda 15 yaşlı qız qaçırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Samux rayonu Qarayeri qəsəbə 1 saylı məktəb-liseyin müəllimi Gülnarə Əmiraslanova sosial şəbəkədə ictimailəşdirib.

“Qız 10-cu sinif şagirdidir. 15 yaşı var. Bayram günü nişan olub, sonra da qaçırılıb. Dərsə gəlməyib deyə məlumat bilmişik və bu işlə də məşguluq. Aidiyyatı qurumlara məlumat verilib”,-deyə G.Əmiraslanova bildirib.

O, faktı erkən nikah kimi təqdim edib.

Gununsesi.info