Azərbaycanda 12 nəfər koronavirusdan öldü

  • By admin
  • 20 Yanvar 2021 16:55

Azərbaycanda son sutkada koronavirusa 332 yeni yoluxma faktı qeydə alınıb, 897 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Gununsesi.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 12 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 228 028 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 217 617 nəfər müalicə olunaraq sağalıb, 3044 nəfər vəfat edib. Hazırda 7367 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7991, bu günə qədər isə ümumilikdə 2 336 498 test icra olunub.

Gununsesi.info