Azərbaycanda 24 ildir axtarışda olan şəxs tutuldu

Azərbaycanda 24 ildir axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, barəsində 12 yanvar 1998-ci ildən axtarış elan edilmiş Rizvan Həsənov Bakıda tutulub. O, Lənkəran Şəhər RPŞ əməkdaşları tərəfindən Bakıda – Türkan qəsəbəsində saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarışa verilmiş R.Həsənov saxlanıldıqdan sonra aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, həmin şəxs axtarışdan yayınmaq üçün 24 il illər ərzində vaxtaşırı olaraq yaşadığı ünvanları dəyişib.

Gununsesi.info