Bərdə rayonunda 25 yaşlı oğlan yandırıldı

  • By admin
  • 09 Mart 2021 16:02

Bərdə rayonunda 25 yaşlı oğlan yandırılıb.

Gununsesi.info xəbər verir ki, Bərdə şəhərində Bakı şəhər sakini, 1996-cı il təvəllüdlü Eyvazov Əliəhəd Mehman oğlu bədəninin müxtəlif nahiyələrindəki 1,2 və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Məlum olub ki, gənc oğlanın üstünə spirt tökülərək yandırılıb və İlkin tibbi yardımdan sonra o, Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

İlkin araşdırmalardan sonra məlum olub ki, Ə.Eyvazov sevdiyi qızın ailəsi tərəfindən yandırılıb. Belə ki, xeyli vaxtdır, Bərdədə tanınmış iş adamlarından olan, müxtəlif tibb obyektlərinin sahibi olan şəxsin qızı ilə sevgi münasibəti yaşayan gənc oğlan qız tərəfinin təkidli dəvəti ilə Bərdəyə gəlib. Qızgilin evində olarkən Ə.Eyvazova qızla nikaha daxil olmalı olduğu bildirilib. Bu zaman tərəflər arasında narazılıq yaranıb və 25 yaşlı Əliəhədin üstünə spirt tökülərək ona od vurulub.

Hadisədən dərhal sonra Ə.Eyvazovun anası Bərdəyə gəlib və baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Araşdırmalar davam etdirilir.

Gununsesi.info