Azərbaycanda 28 yaşlı qadını zorla evlənmək üçün oğurladılar

  • By admin
  • 03 Oktyabr 2019 18:10

Qazax rayonunda 28 yaşlı qadını oğurlayan şəxs saxlanılıb.

Gununsesi.org xəbər verir ki, Qazax rayonun Daşsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü N.Məmmədəliyeva oğurlanıb.

Məlumata görə, həmyerlisi Vüsal Fədail oğlu Hüseynxanov onu zorla evlənmək məqsədilə qaçırdıb.

Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı fakt təsdiqini tapıb və V.Hüseynxanov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb.

 

 

Gununsesi.org