Azərbaycanda 309 nəfər koronavirusa yoluxdu: ölənlər var

  • By admin
  • 23 İyul 2022 19:24
Azərbaycanda koronavirusa 309 yeni yoluxma qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Ölkədə indiyədək 796 141 nəfər koronavirusa yoluxub. Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 753 nəfərdir.
Ölkədə son sutka ərzində 3026, hazırkı dövrədək isə 7 021 193 test aparılıb.
Gununsesi.info