Azərbaycanda 31 yaşlı qadın özünü öldürdü

  • By admin
  • 25 May 2021 09:18

Saatlı rayonunda intihar etməyə cəhd göstərən qadın xəstəxanada keçinib.

Həkimlərin səyinə baxmayaraq, Bəkirova Aynurə Salman qızının həyatını xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Saatlı rayonunun Nəsimikənd kənd sakini, 1990-cı il təvəllüdlü Bəkirova Aynurə Salman qızı iki gün bundan əvvəl yaşadığı evin həyətindəki yarımtikilidə özünü iplə asaraq intihara cəhd edib. Saatlı Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində yerləşdirilən qadın koma vəziyyətində idi.

Faktla bağlı araşdırma aparılır.(Report)

Gununsesi.info