Azərbaycanda 37 məktəb, 60 sinif koronavirusa görə distant təhsilə keçib

  • By admin
  • 15 Oktyabr 2020 15:56

Son sutka ərzində Azərbaycanda koronavirus səbəbindən distant təhsilə keçirilmiş siniflərin sayı 8 olub.

Təhsil Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, koronavirus səbəbindən distant təhsilə keçirilən məktəblərin sayı isə 7 olub. Koronavirus səbəbindən distant təhsildə olan 3 sinif əyani təhsilə keçirilib.

Ümumilikdə distant təhsilə keçirilən siniflərin sayı 60, məktəb sayı isə 37 olub.

 

 

Gununsesi.info