Azərbaycanda 57 partlayış hadisəsi baş verdi, 9 nəfər həlak oldu

  • By admin
  • 23 Oktyabr 2021 12:50

Bu ilin 9 ayı ərzində ölkə ərazisində 57 partlayış olub.

Fövqəladə Hallar Nazirliyindən Gununsedi.info-ya verilən məlumata görə, hadisələr nəticəsində 9 nəfər ölüb, 54 nəfər yaralanıb.

Partlayış hadisələri nəticəsində köməksiz vəziyyətdə qalan 7 nəfər xilas edilib.

Məlumatda bildirilir ki, hesabat dövründə ümumilikdə respublika ərazisində 13091 texnogen mənşəli hadisə qeydə alınıb ki, bu da 2020-ci ilin 9 ayı ilə müqayisədə 386 hadisə və ya 3% çoxdur.

Gununsesi.info