Azərbaycanda 57 yaşlı “Baron” həbs olundu - VİDEO

  • By admin
  • 17 Mart 2017 23:20

baron

Hacıqabulda “Baron” ləqəbi ilə tanınan narkotik alverçisi saxlanılıb.

Gununsesi.info xezerxeber.az-a istinadən xəbər verir ki, rayon polis şöbəsi tərəfindən rayon sakini, 57 yaşlı İbrahim Abasov narkotik maddələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün tutulub. Rayon polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində onun üzərinə baxış keçirilən zaman 2 ədəd kibrit qutusuna qablaşdırılan 3 və 4 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Keçirilən tədbirin davamı olaraq onun yaşadığı evin zirzəmisinə baxış zamanı oradan bir kiloqramdan çox narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

Gununsesi.info